Şengen vizası nədir?
Şengen vizası 29 Avropa ölkəsinə vahid giriş imkanı verən qısamüddətli vizadır. Viza hansı ölkənin səfirliyindən alınıbsa, səyahətin əsas hissəsi həmin ölkədə keçirilməlidir.
Viza 180 günlük dövr ərzində maksimum 90 gün qalma hüququ verir. Bu müddət bütün Şengen ölkələri üzrə ümumi hesablanır.